"Bitcoin"in qiyməti tarixi maksimumunu yeniləyərək, 97 min dolları keçib.
Korrupsiya.az "Coindesk”ə istinadən xəbər verir ki, saat 09:00-a olan məlumata görə, virtual valyuta 5,66% artaraq 97,5 min dollara çatıb.
Kriptovalyuta noyabrın 5-də Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra bahalaşmağa başlayıb. "Binance”ın...
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhərində dövlət müəssisəsinin binasını hərraca çıxaracaq.
Qaynarinfo Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac 7 yanvar 2025-ci il tarixində təşkil olunacaq.
Məlumata görə, hərraca çıxarılacaq obyekt AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət...
Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliyin...
Rəsmi statistikaya görə, ölkəmizdə fərdi evlərin tikintisi azalıb. Bunun müxtəlif səbəbləri var.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar - sentyabr ayları ərzində tikilən evlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz azalıb.
Əmlak məsələləri üzrə ekspert Ramil...
Bu ilin sentyabr ayı ərzində Azərbaycan yalnız 2 ölkədən qızıl idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, sentyabr ayında ABŞ-dən ölkəmizə 1 969,1 kiloqram, Rusiyadan isə 1 985 kiloqram qızıl gətirilib.
Məlumat üçün bildirək ki, ABŞ-dən idxal olunan...
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürür.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər...
Bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 258,9 manat təşkil edib.
Korrupsiya.az xəbər verir ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,2 % artıb.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdlu...
"Nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli, bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir”.
Korrupsiya.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarlara müraciətində bildirilib.
Qeyd edilib ki, "İstehlakçıların...
Son aylar əhalinin banklarda olan əmanətlərini geri çəkməsi müşahidə olunur. Demək olar ki, hər ay bu və digər banklardan əmanətlərin geri çəkilməsi xəbərləri gəlir. Məsələn, “Azərbaycan Sənaye Bankı”nın (ASB) depozit portfeli 2024-cü ilin III rübündə 14 milyon manatdan çox...
Nağdlaşdırma zamanı yüksək məbləğdə komissiya tələb olunur.
Xezerxeber.az xəbər verir ki, söhbət bankomatlardan pul çəkərkən tutulan komissiyalardan gedir.
Belə ki, əgər hər hansısa banka məxsus plastik kartla digər bankın bankomatından nağdlaşdırma aparılırsa bu zaman çəkilən məbləğin müəyyən faizi komissiya haqqı kimi...