Yekaterinburq şəhərinin keçmiş meri Yevgeni Royzman “VKontakte” sosial şəbəkəsindəki paylaşımına görə saxlanılıb.

“Korrupsiya.az” xəbər verir ki, bu barədə onun vəkili Vladislav İdamjapov bildirib.

Eks-mer Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınması ilə bağlı cinayət işi üzrə təqsirləndirilir.

“Roizman cinayətdə günahsızdır, çünki onun heç vaxt “VKontakte”də səhifəsi olmayıb. Siyasətçini 10-15 sutka həbs gözləyir”, – deyə vəkil açıqlayıb.

Paylaş