Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvan MR Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan MR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi ilə görüşüblər.

“Korrupsiya.az” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının yeni təyin edilmiş əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov kollektivə təqdim olunub.

***

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub. 

“Korrupsiya.az”ın məlumatına görə, işdən çıxarılan Nicat Babayev həmin qurumda nazir müavini vəzifəsinə təyin edilib.

***

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub.

“Korrupsiya.az” “Report”a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 16-da Naxçıvana gedib. O, bu gün C.Cəlilovu Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivinə təqdim edəcək.

Paylaş