Ağdam Sənaye Parkının rezidentlərinin sayı 14-ə çatıb.
“Korrupsiya.az” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün Tvitter səhifəsində yazıb.
“Ağdam Sənaye Parkının rezidentlərinin sayı 14-ə çatıb, belə ki, daha iki sahibkarlıq subyekti rezident statusu alıb”, – məlumatda deyilir.
Nazir investisiyalarının ümumi həcmi təqribən 36 milyon manat olan layihələrin reallaşması hesabına iki müəssisədə (“Qarabağ Steel” MMC, “Thermo Natural Azerbaijan” MMC) 130-dan çox daimi iş yeri açılacaq.
Xatırladaq ki, 2022-ci ildə Ağdam Sənaye Parkında 12 sahibkarlıq subyektinə rezident statusu, 3 sahibkara isə qeyri-rezident statusu verilib.