İtaliyanın baş naziri olmuş 86 yaşlı Silvio Berluskoninin sağlamlıq durumu ilə bağlı açıqlama verilib.
“Korrupsiya.az” xəbər verir ki, ötən gün təcili xəstəxanaya çatdırılan eks-baş nazirin qan xərçənginə tutulduğu bildirilib.
Bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti məlumat yayıb.
Son illərdə bir çox xəstəliklə mübarizə aparan 86 yaşlı Berluskoni hazırda Milanda San Raffaele xəstəxanasındadır.