Senator olduğu müddətdə ABŞ prezidenti Co Baydenin keçmiş müşaviri Tara Rid Rusiya vətəndaşlığını alacağını bildirib.

“Korrupsiya az” xəbər verir ki, Moskvada “Rossiya Seqodnya” Beynəlxalq Xəbər Agentliyinin təşkil etdiyi tədbirdə çıxış edən Rid Rusiyada təhlükəsiz yaşamağa ümid etdiyini bildirib və Rusiya prezidenti Vladimir Putindən ona vətəndaşlıq verilməsini istəyib.

Qeyd edək ki, Tara Rid 1992-ci ilin dekabrından 1993-cü ilin avqustuna qədər Baydenin Senat ofisində köməkçi vəzifəsində çalışıb. Bununla yanaşı, Rid Baydeni ona qarşı cinsi təcavüzdə günahlandırdı. 80 yaşlı ABŞ lideri isə bütün iddiaları rədd edib.

Paylaş