Azərbaycana heyvandarlıq məhsulları tədarük edən rus istehsalçıları bu ölkənin Milli Qida Təhlükəsizliyi İnstitutunun yoxlamasından keçməsələr, Azərbaycana ixrac imkanını itirəcəklər.

“Korrupsiya az” xarici KİV-ə istinadla xəbər verir ki, sözügedən qərar 2023-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.

Buna uyğun olaraq, Azərbaycan bazarına mal tədarük etməkdə maraqlı olan heyvan mənşəli məhsullar və yem istehsal edən xarici müəssisələr Milli Qida Təhlükəsizliyi İnstitutu tərəfindən yoxlamalardan keçməlidir. Onların həm açıq, həm də video formatında keçirilməsi planlaşdırılır.

Məlum olub ki, indiyədək Azərbaycana heyvandarlıq məhsulları göndərən əksər Rusiya təşkilatları yoxlamaların aparılması üçün institutla müqavilə imzalamayıb. Müəssisələr 2023-cü il sentyabrın 1-dək müqavilə bağlamasa, məhsullarının ixracı müqavilə bağlanana və müvafiq yoxlama aparılana qədər Azərbaycan tərəfi tərəfindən məhdudlaşdırılacaq.

Paylaş