Bu il Rusiya Silahlı Qüvvələrinin tərkibində iki hərbi dairə – Moskva və Leninqrad, birləşmiş silah və hava qoşunları, həmçinin beş diviziya və 26 briqada yaradılacaq.

“Korrupsiya az” xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəisi, general-polkovnik Yevgeni Burdinski bildirib.

“2023-cü ildə birləşmiş silah və hava qoşunlarının, ordu korpusunun, Azov dəniz bölgəsinin, 5 diviziyanın və 26 briqadanın formalaşdırılması, Moskva və Leninqrad hərbi dairələrinin yaradılması üçün təşkilati və kadr dəstəyini vaxtında təmin etmək lazımdır”, – deyə general açıqlayıb.

2023-cü ildə silahlı qüvvələrin iki spesifik strateji ərazi birliyinin – Moskva və Leninqrad hərbi dairələrinin yaradılması zərurətini ötən ilin dekabrında Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib. O qeyd edib ki, bu cür hərəkətlərə NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi potensial yaratmaq, həmçinin Finlandiya və İsveç hesabına Şimali Atlantika Alyansını genişləndirmək istəyi səbəb olub.

Paylaş