“Ermənistanın baş naziri Nikol Paşinyanın Ərdoğanın andiçmə mərasimində ikinci sırada olması protokol məsələsidir”.
“Korrupsiya” xəbər verir ki, bunu Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan deputat Artur Xaçatryanın sualını cavablandırarkən deyib.
“Bütün baş nazirlər ikinci sırada idilər”, – Mirzoyan bildirib.
O, Ərdoğanın indiki liderlər siyahısında Paşinyanın adının çəkilməməsi ilə bağlı iclas zalından gələn şərhlərə də cavab verib: “Mən əmin deyiləm ki, bu cür spekulyasiyalar realdır”.
“Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan qeyd edib ki, Şərqdə simvollara böyük diqqət yetirirlər. O, Paşinyanın yüzlərlə kreslo arasında Azərbaycan prezidentinin arxasında əyləşməsini təsadüf hesab etməyib.
Xatırladaq ki, Paşinyan iyunun 3-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib.