Ukrayna Silahlı Qüvvələri (USQ) son 16 gün ərzində hərbi əməliyyatlar zamanı xeyli itki verib.

“Korrupsiya az” xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Putinə hesabat verərkən deyib.

O, Təhlükəsizlik Şurasının daimi üzvlərinin toplantısında qeyd edib ki, Ukrayna Ordusu hazırda yenidən qruplaşır: “Ukrayna Silahlı Qüvvələri növbəti hücum hərəkətlərinə hazırlaşır, Rusiya Federasiyasının Silahlı Qüvvələri də düşmənin bu addımlarına hazırlaşır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün TŞ-nin iclasını çağırmışdı.

Paylaş