Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ən çox səs topladığı Bayburt və Gümüşhane vilayətlərinə təşəkkür ziyarəti gerçəkləşdirəcək.
“korrupsiya” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan prezident seçkilərinin hər iki turunda yüksək topladığı vilayətlərdə xalqa müraciət edəcək.
Qeyd edək ki, Türkiyə prezidenti Bayburtda birinci mərhələdə 78,86%, ikinci turda 82,45%, Gümüşhanedə birinci turda 74,42%, ikinci turda 78,54 % səs toplamışdı.