“Profco” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

Korrupsiya.az-ın xəbərinə görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233-cü (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən protokol tərtib olunub.

İş Lənkəran Rayon Məhkəməsinin hakimi Muradağa Qasımovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: Şirkət bir neçə il əvvəl də cərimələnib(14 112 manat). Buna səbəb Lənkərançayın yatağında qanunsuz qazıntı işləri aparması olub.

Paylaş