Nigerin cənub-qərbində törədilən terror aktı nəticəsində 17 hərbçi həlak olub.
“Korrupsiya.az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunur ki, hərbçilər ölkənin paytaxtı Niamey şəhərindən 60 km aralıda pusquya düşüb.
Niger Müdafiə Nazirliyinin məlumatına görə, silahlı qarşıdurma zamanı pusqu təşkil edən yüzə yaxın hücumçu öldürülüb.