“”Diplomatiya, müzakirələr və danışıqlar” Rusiya və Ukrayna arasında münaqişənin həllinin “yeganə yollarıdır” və bu, Moskvaya təzyiq göstərməyə çalışan Avropa ölkələrinin səylərinin mərkəzində olmalıdır”.

“Korrupsiya.az” xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti Nikola Sarkozi “Le Figaro” qəzetinə müsahibəsində deyib.

Sarkozi Rusiyanın Ukraynada hərbi əməliyyata başlamaq qərarını pisləyib, lakin Moskvanın Avropanın qonşusu olduğunu vurğulayıb. “Və tarixdəki anlaşılmazlıqlara baxmayaraq, bizim onlara, onların da bizə ehtiyacı var”, – eks-prezident vurğulayıb.

Həmin müsahibədə Sarkozi Avropa İttifaqını Ukrayna ilə bağlı strategiyanı aydınlaşdırmağa və bu münaqişədə ABŞ-ın maraqlarına uymamağa çağırıb.

Paylaş