1991-ci ildən bu günə kimi 3385 azərbaycanlı Ermənistanın minalarının qurbanı olub”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında yazıb.

“Ermənistan və qeyri-qanuni marionet xunta rejimi Ermənistanda istehsal olunan minaları “boz zona”nın hər perimetri boyunca yerləşdirməyə davam edir”, – Prezidentin köməkçisi qeyd edib.

O, Ermənistanın Azərbaycana qarşı sistemli və məqsədyönlü mina terroru siyasətinin dəhşətli (qorxunc) rəqəmlərini əks etdirən cədvəl də paylaşıb.

Paylaş