Ufa sakini 1959-cu ildə başqasının cinayətinə görə həbsə düşüb. O, günahsızlığını sübut edərək dövlətdən 31 milyon rubl (təxminən 550 min manat) təzminat tələb edib.

Kişi etmədiyi cinayətə görə 13 il həbs cəzası alıb. Bu müddət ərzində o, həyat yoldaşını və valideynlərini itirib.

Rusiya vətəndaşı cəzasını tam çəkərək həbsdən çıxıb və günahsızlığını sübut etmək üçün uzun mübarizəyə başlayıb. Yalnız 2012-ci ildə işdəki şahidlərdən biri hər şeyi etiraf edib, lakin prokurorluq işi yenidən bağlayıb.

Haqsız yerə məhkum edilmiş təqaüdçü Altıncı Kassasiya Məhkəməsi və Rusiya Ali Məhkəməsinə müraciət edib. Nəticədə may ayında hökm ləğv olunub. Leninski Məhkəməsi Ufa sakininə təzminat kimi 31 milyon rubl ödənilməsinə dair qərar qəbul edib.

Paylaş