Bakının Suraxanı rayonunda 24 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanıb.
“korrupsiya.az” xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Azər Babək oğlu Əliyev idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.