Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 23 sentyabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “dinləyib-anlama” və “oxuyub-anlama” bacarığı üzrə, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, danışıq bloku üzrə imtahan isə 24 sentyabr 2023-cü il tarixində keçiriləcək.

İmtahan iştirakçıları aşağıdakı link vasitəsilə hər iki imtahan günü üçün ayrıca olaraq ”İmtahana buraxılış vərəqələri”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi bina, zal, başlanma vaxtı və iştirakçının imtahan binasına gəlmə vaxtı qeyd olunub.

https://eservices.dim.gov.az/BRXV

Qeyd edək ki, iştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

İmtahan iştirakçıları üçün “Yaddaş kitabçası“ da təqdim olunur.

Danışıq bloku imtahanının “demo-trenajor”u ilə buradan tanış olmaq mümkündür.

Paylaş