Bakının Sabunçu rayonunda salfet istehsal edən sexdə partlayış zamanı ağır xəsarət alan 21 yaşlı gənc ölüb.

“korrupsiya”un məlumatına görə, hadisə bir neçə gün əvvəl Zabrat qəsəbəsində baş verib.

Partlayış zamanı 2002-ci il təvəllüdlü Nahid Mehman oğlu Həsənov yanıq xəsarətləri alıb. O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş