Bakının Suraxanı rayonunda yeniyetməni avtomobil vurub.
“Report” xəbər verir ki, 2013-cü il təvəllüdlü Təbriz Rasim oğlu İsgəndərli yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.