Bakı Apellyasiya Məhkəməsində külli miqdarda narkotik dövriyyəsində təqsirli bilinən Elnur Bayramov və Nurlanə Nəhmətovanın barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest təmin esilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Bayramov iıə N.Nəhmətova barəsində bəraət hökmü çıxarılıb.
Qeyd: Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən satış məqsədi ilə narkotik vasitəni əldə etmək, saxlama) və 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama) maddələri ilə ittiham irəli sürülmüşdü.