Rusiya Federasiyasının Udmurtiya Respublikasında 29 yaşlı ata həyat yoldaşından boşandığı üçün yeddi yaşlı oğlunu və üç yaşlı qızını öldürüb.

Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Qeyd olunub ki, noyabrın 18-də səhər saatlarında təqsirləndirilən şəxs boşanma prosesinə görə həyat yoldaşına qarşı düşmənçilik zəminində azyaşlı övladlarının ürəyinə bıçaq sancaraq öldürüb.

Həmin şəxs daha sonra qaçsa da, meşədə yaxalanıb.

Müstəntiqlər hadisənin bütün hallarını aydınlaşdırır və qatilə qarşı ittiham irəli sürməyə hazırlaşırlar. Bundan başqa, onun həbsi məsələsi də tezliklə həll olunacaq.

Paylaş