Paytaxtın Həsən Əliyev küçəsində noyabrın 29-da yol-nəqliyyat hadisəsi nəticəsində Qazaxıstan vətəndaşı Nübar Kuliyeva ölüb.
“Report” xəbər verir ki, saat 7 radələrində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Mərdan Qabil oğlu Əhmədov idarə etdiyi “FIAT Doblo” markalı avtomobillə piyada zolağı ilə yolu keçən 1959-cu il təvəllüdlü Nübar Kuliyevanı vurub.
Sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.