“Lənkəran Dəmir-Beton Zavodu” ASC-nin rəhbər şəxslərinin fəaliyyətinə vaxtından əvvəl xitam veriləcək.
Bununla bağlı məsələ səhmdar cəmiyyətinin 14 fevral 2024-cü il tarixli ümumi yığıncağının gündəliyinə daxil edilib.
Belə ki, cəmiyyətin fəaliyyətinin bərpa edilməsi, cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının), icra orqanının (idarə heyətinin), təftiş komissiyasının (müfəttiş) üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, ASC-nin emissiya prospektində öz əksini tapmış daşı- nar və daşınmaz əmlakların üçüncü şəxslərə satılması, cəmiyyətin yenidən təşkil edilməsi, “Lənkəran Dəmir- Beton Zavodu” ASC-nin təşkilati-hüquqi formasının dəyişdirilərək “Lənkəran Dəmir-Beton Zavodu” MMC-yə çevrilməsi; yenidən təşkil edilmiş “Lənkəran Dəmir-Beton Zavodu” MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktorunun seçilməsi, Təhvil Aktının təsdiq edilməsi, yenidən təşkil edilmiş “Lənkəran Dəmir-Beton Zavodu” MMC-nin nizamnaməsinin təsdiq edilməsi, cəmiyyətin müşahidə şurasının, idarə heyərinin, təftiş komissiyasının (müfəttiş) üzvlərinin seçilməsi, cəmiyyətin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə ərizə ilə müraciət edilməsi və s. məsələlər müzakirə ediləcək.