Cənubi Koreyanın əsas müxalifətçi Demokratik Partiyasının lideri Li Jae-Myonq bıçaqlı hücuma məruz qalıb.
Bu barədə Cənubi Koreyanın Yonhap agentliyinin məlumat yayıb.
İnsident səhər saatlarında Li Pusanın Gadeok adasındakı tikinti sahəsini ziyarət edərkən baş verib.
Hücumdan sonra boynunda qanaxma ilə huşunu itirən Li müalicə üçün xəstəxanaya aparılıb.Prezidentin sözçüsü Kim Soo-Kyunq bildirib ki, Prezident Yoon Suk Yeol hadisədən sonra Linin xəstəxanaya yerləşdirilməsinə və mümkün qədər tez müalicə olunmasına, hücumun araşdırılması və faktların müəyyənləşdirilməsinə göstəriş verib.