“Boradigah çay-2” ASC ləğv olunur.
Bu barədə məsələ şirkətin 2024-cü il fevralın 28-də baş tutacaq səhmdarlarının ümumi yığıncağında müzakirə ediləcək.
Yığıncaqda cəmiyyətin ləğv olunması ilə bərabər, ləğvetmə komissiyasının (təsviyyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi, “Boradigah çay-2” ASC-nin səhmlərinin (qiymətli kağızların) dövriyyədən çıxarılması və ləğv edilməsi məsələləri daxildir.
Qeyd edək ki, “Boradigah çay-2” ASC 25.05.2001 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Həmidov Emin Nayıb oğludur. Şirkət Masallı rayonu, Boradigah ştq, Təbriz küçəsi, ev 16 ünvanında qeydiyyatdadır və nizamnamə kapitalı 698,796 min manatdır.