Picture taken on November 29, 2008 shows a Russian Orthodox icon that includes a depiction of Soviet-era leader Josef Stalin at a St. Olga's Church outside St. Petersburg in Strelna. Father Yevstafy Zhakov, the benficiary of St. Olga's Church, recently put up the icon showing Stalin standing before the Blessed Matrona of Moscow, a 20th-century saint. Father Yevstafy commented that, according to legend, Stalin would frequently talk to the woman and that she gave him advice on how to defeat Nazi Germany in World War II. AFP PHOTO / ALEXANDER NIKOLAYEV (Photo credit should read ALEXANDER NIKOLAYEV/AFP/Getty Images)

Gürcüstan Patriarxlığı Tbilisidə Müqəddəs Üçlük – Sameba Katedralında saxlanılan, üzərində İosif Stalinin təsviri olan “Moskva Matronası”nın ikonasının yenidən təsvirini tələb edib.

Bu barədə Patriarxlıq məlumat yayıb.

“İosif Stalinin Müqəddəs Matrona ilə görüşünə kifayət qədər sübut olmadığı üçün, onun həyatının kanonik mətnlərinə bu barədə məlumat daxil edilmədiyindən və Rus Pravoslav Kilsəsi tərəfindən tanınmadığından bu epizodu dəyişdirməyi nəzərə almaq vacibdir”, – məlumatda deyilir.

Patriarxlıq ikonanın onu məbədə bağışlayanlar tərəfindən yenidən təsvirini tələb edir, əks halda kilsə özü bunu edəcək.

Qeyd edək ki, Stalinin ikonada təsviri geniş tənqidlərə səbəb olmuşdu.

Paylaş