“Qəbələ” İdman Klubu baş meneceri Nail Kərimovla vidalaşıb.

Bu barədə “qırmızı-qaralar”ın mətbuat xidmətindən məlumat verilib.

Kərimovun öz istəyi ilə vəzifəsindən ayrıldığı bildirilib.

2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən bölgə təmsilçisində çalışıb. O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.

Paylaş