“Real Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji sağlamlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib edilib.
Səhiyyə Nazirliyi tərəfindən tərtib olunan protokol İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə irəli sürülüb.
İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.
Qeyd edək ki, klinika Yasamal rayonu Zahid Xəlilov küçəsi, 99 ünvanında yerləşir və buranın baş həkimi və qanuni təmsilçisi Rövşən Yusibov Sədrə oğludur. Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədova məxsus olduğu deyilən klinikanın bir filialı da Sumqayıtda yerləşən “Real” Tibb Mərkəzidir. Buranın da baş həkimi, qanuni təmsilçisi Əzimov Vidadi Abasət oğludur.