Dünyaca məşhur İsveç geyim şirkəti “H&M”in baş direktoru Helena Helmersson istefa verib.
O, vəzifəsinin çox zəhmətli olduğunu və davam etmək üçün enerjisinin olmadığını bildirib.
İstefadan sonra şirkətin səhmləri 8% ucuzlaşıb.
Həmçinin şirkət dekabr və yanvar aylarında satışlarının əvvəlki ilə nisbətən 4% azaldığını və bunun alış-verişin ən sıx olduğu Milad dövrü üçün pis əlamət olduğunu açıqlayıb.
Dünyanın ikinci ən böyük geyim pərakəndə satış şirkəti “H&M” satışları sürətlə artan “Zara” və “Shein” ilə rəqabət aparmaqda çətinlik çəkir.
Qeyd edək ki, 18 ildir “H&M”də çalışan 42 yaşlı Erver yeni baş direktor vəzifəsini icra edəcək. O, həm də şirkətin əsas brendi olan “H&M”in prezidentidir.