2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqlarında 3.2 dəfə artım olub.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. O bildirib ki, dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin gəlirlərində (sabit, əlavə və ya bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olub.
“Həkimlərə işin nəticələrinə görə, yəni aparılan müayinələr, icra edilən cərrahi əməliyyatların sayına görə əlavələr ödənilir.
Cərrahi əməliyyatlar üzrə tariflərin məbləği birbaşa ödənilən bonuslara təsir edir. Cərrahi prosedurlar üzrə tətbiq edilən tarifin 15 faizi həcmində əlavələr hesablandığından, tariflərin artımı cərrahi profilli həkimlərə ödənilən bonusların artımına səbəb olur” – o əlavə edib.