“Gəncə Ərzaqnəqliyyat” ASC ləğv ediləcək.
Bununla bağlı məsələ cəmiyyətin 2024-cü il, martın 26-sı, saat 11.00-da baş tutacaq səhmdarlarının növbəti ümumi yığıncağında müzakirə ediləcək.
Yığıncağın gündəliyinə Ləğvetmə komissiyasının yaradılması, komissiyanın səlahiyyətlərinin müəyyənləşdirilməsi, cəmiyyətin idarə heyətinin və təftiş komissiyasının müfəttişin səlahiyyətlərinə xitam verilməsi və digər məsələlər daxildir.
Qeyd edək ki, “Gəncə Ərzaqnəqliyyat” ASC 29.10.1997 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Həsənov Yusif Rza oğludur. Şirkətin nizamnamə kapitalı 112 min 506 manatdır.