Dünən oğlu tərəfindən amansızlıqla qətlə yetirilən 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədov “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi olmayıb.
ADY-nin İnfrastruktur departamentinin sabiq rəisi, Əhmədov Mehman Əhməd oğlu ilə əlaqə saxlayıb.
1970-ci il təvəllüdlü Mehman Əhmədov bildirib ki, qarışıqlıq ad, soyad və ata adının eyniliyi ilə bağlı olub:
“Baş verən hadisə ilə bağlı dərin kədər hissi keçirdim. Dünəndən bəri dostlar və tanışlar narahat olub. Şükürlər olsun, sağ-salamatam. Ad, soyad və ata adımız mərhumla eyni olub, lakin doğum tariximiz fərqlidir”.
Qeyd edək ki, Mehman Əhmədov “Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən 31 dekabr 2020-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.