Korrupsiya.az informasiya agentliyi Teleradio əməkdaşı Bahadur Əliyevin yazısını təqdim edir.
“Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin III hissəsinə görə, Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir”.
Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır.Daim öz xalqının(vətəndaşın)yanında olmaq,onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində tədbirlər görmək dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətinin əsas istiqamətidir.
Kamil Zeynalova qarşı dövlət qurumlarının,yaxud dövlət adamlarının dəstəyi onun yerində olan digər günahsiz vətəndaşımıza qarşı da olunardı,düşünürəm.
Çünki, Azərbaycan 32 erməni dığasına qarşı iki əsgərimizi geri aldı və digər bu kimi nümunələr də var. Mən inanmıram ki,hər hansı bir azərbaycanlı balasını rusiya dövləti ermənistana təhvil verməyə səy göstərə və dövlət qurumlarımız da buna loyal münasibət sərgiləyə.Deməli,əsas məsələ Kamil yox,əsas məqsəd dövlətin öz vətəndaşını müdafiə etmək və onun yanında olmasındadır.Düzdür,Kamilin az-çox xeyriyyə işlərində təşkilatçılığı var, bu danılmazdır.Amma baş vermiş olayda qəhraman yox,vətəndaşa dövət dəstəyi kontekstində yanaşmaq lazımdır,məncə.
PS. İstənilən azərbaycan vətəndaşı və onun ailə üzvləri dövlət başçısana,yaxud da dövlət qurumlarına müraciət edib,kömək istəmək hüququna sahibdirlər.