Ölkədə etibarlı su təchizatı və əhalinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində görülən işlərlə yanaşı problemlərimiz də az deyil.
Bunu Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Milli Məclisdə təşkil olunan “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmələr zamanı deyib.
Bu məsələdə obyektiv və subyektiv səbəblər var. Başqa bir misal, sayğaclaşma hələ də başa çatmayıb. Bu səbəbdən abonentlərə verilən su adambaşı kvota ilə hesablanır, yəni bir nəfərə 5 kub su hesablanır”, – o qeyd edib.
Komitə sədri əlavə edib ki, bu gün həm içməli, həm də meliorasiya suyunda problemlər mövcuddur:
“Ölkə əhalisinin təsərrüfat-içməli su təchizatına nəzarət məqsədilə bilavasitə Respublikanın 61 şəhər və rayonlarının su təchizatı sistemlərindən götürülmüş və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında il ərzində müayinə edilmiş 763 su nümunəsinin 0,7%-i (2022-ci ildə 1,2%) kimyəvi göstəricilərinə, 3,9%-i (2022-ci ildə 7,9%) bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib.
Dövlət standartının tələblərinə uyğun gəlməyən nəticələr üzrə müvafiq tədbirlər görülmüş, təkrari müayinələr aparılıb. Göstərilən müddət ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında ayrı-ayrılıqda müayinə olunmuş 473 bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib.
Respublikada yerli su təchizatı mənbələri üzərində nəzarət tədbirlərinin həyat keçirilməsi məqsədilə Respublikanın 16 rayonunda yerləşən 460 su mənbəyi laborator tədqiqat üsulunun tətbiqi ilə müayinə olunub. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında müayinə olunmuş 529 nümunə bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib.
Lakin qeyd etmək istərdim ki, dövlət tərəfindən həyata keçirilən bütün tədbirlər, su anbarlarının tikintisi, su infrastrukturunun təmiri, bərpası və yenidən qurulması, bütün istismar işlərinin effektivliyi birbaşa olaraq su istifadəçiləri tərəfindən suyun səmərəli istifadəsindən də asılıdır.
Hər bir vətəndaş bu gün məişət və ya kənd təsərrüfatında onun qənaət etdiyi hər damcı su ilə gələcək illər, gələcək nəsillər üçün davamlı su ehtiyatının yaradılmasında birbaşa rol oynadığını bilməlidir”.