“Azərbaycan Lizinq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını kəskin azaldıb. İqtisadiyyat.az xəbər verir ki, şirkət nizamnamə kapitalını 4 989 000 manat azaldaraq 11 000 manat məbləğində müəyyən edib.

Şirkətin indiyədək nizamnamə kapitalı 5 milyon manat olub.

Xatırladaq ki, “Azərbaycan Lizinq Şirkəti”  2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi İbrahimov Hikmət Mürşüd oğludur.

Paylaş