Əyani və qiyabi təhsil alan tələbələrin əmək müqaviləsi ilə işləmək hüququ varmı?
Bu barədə Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazovanın şərhini təqdim edir:
Bəli, Əmək Məcəlləsinin 94-cü maddəsində qeyd edilir ki, əmək müqaviləsi bağlanarkən işəgötürən ilə işçi arasında natamam iş vaxtı müəyyən olunur. Əyani tələbə işə götürüldükdə işgötürən tərəfindən tələbələrdən təhsil müəssisəsi tərəfindən verilmiş arayış tələb olunur. Çünki, işəgötürən tələbə ilə əmək müqaviləsi bağlayan zaman onu natamam iş vaxtı ilə işə götürür. Tələbənin dərs saatları ilə iş saatları üst-üstə düşməməlidir və bu da müqavilədə öz əksini tapmalıdır. Qiyabi təhsil alan tələbələr isə tam iş vaxtı ilə əmək müqaviləsi bağlaya bilərlər.