Ölkənin aparıcı restoranlar şəbəkəsindən biri olan “Özsüt”ün bağlı olduğu “Özsüt Azerbaijan” MMC-nin (VÖEN – 1005309101) barəsində məhkəmə iddiası qaldırılıb.

“Özsüt” barəsində iddia “Legion Hospitality” MMC (VÖEN – 2007485911) tərəfindən qaldırılıb.
Məlumatda bildirilir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatına verilib. İddianın müqavilədən əmələ gələn öhdəliklər üsrə mübahisələrlə bağlı olduğu bildirilir.

Qeyd edək ki, barəsində iddia qaldırılan “Özsüt Azerbaijan” MMC 26 aprel 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 20 manat təşkil edir. Hüquqi ünvanı Binəqədi rayonu Cəfər Xəndan küçəsi, ev 42A, m. 194-də yerləşən MMC-nin qanuni təmsilçisi Əzməmmədov Renat Tofiq oğludur.

“Özsüt” barəsində iddia qaldıran “Legion Hospitality” MMC isə 07 iyul 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 260 min 20 manat təşkil edir. Hüquqi ünvanı Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi, ev 36-da yerləşən MMC-nin qanuni təmsilçisi Hacıyev Rafael Tofiq oğludur.

Paylaş