“Dəzgahqayırma Zavodu” ASC ləğv olunaraq bütün səhmləri dövriyyədən çıxarılacaq.

Bununla bağlı qərar cəmiyyətin 2024-cü il aprelin 26-da Şirvan şəhəri, Cənub Sənaye Qovşağı ünvanında keçiriləcək növbədənkənar ümumi yığıncağında veriləcək.

Bu zaman “Dəzgahqayırma Zavodu” ASC-nin yeni MMC təsis etməsi və MMC-nin nizamnamə kapitalına pay şəklində əmlakının qoyulması, cəmiyyətin kreditorlar qarşısında öz öhdəliklərini yerinə yetirməsi məqsədilə aktivlərinin satılması və onların dəyərinin müəyyən edilməsi, təşkilati-hüquqi formasının dəyişərək MMC-yə çevrilməsi, ASC-yə müraciət etmiş səhmdarlara məxsus səhmlərin ləğv edilərək cəmiyyətdən ayrılması və çıxan səhmdarlarla səhmlərə uyğun payın natura şəklində təhvil-təslim edilməsi, həmçinin təhvil-təslim aktının, razılaşma müqaviləsinin imzalanması səlahiyyətinin icra orqanının rəhbərinə həvalə edilməsi, ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında yeni hüquqi şəxsin ayrılması, cəmiyyətin icra orqanının rəhbərinin tutduğu vəzifədən azad olunması və onun yerinə yeni icra orqanı rəhbərinin təyin edilməsi, ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiqi, Mülki Məcəllənin 49-cu maddəsində nəzərdə tutulmuş səlahiyyətlərin “Dəzgahqayırma Zavodu” ASC-nin icra orqanının rəhbərinə həvalə edilməsi məsələləri də müzakirə ediləcək.

Qeyd edək ki, “Dəzgahqayırma Zavodu” ASC 22.07.2005 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Mehmet Ali Seyhandır. Şirkətin nizamnamə kapitalı 489 min 714 manat tə.kil edir.

Paylaş