Sumqayıtın Corat bağları, General Məhəmməd Əsədov küçəsində çirkab su küçə boyunca axır.
Çirkabın axıdılması üçün ödəniş alınsa da, xidmət göstərilmir. Kanalizasiya xəttinin düzgün işləməməsi ərazini keçilməz hala salıb, çirkab küçə boyunca axır.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, özləri küçəyə illər öncə kustar üsulla xətt çəksələr də, sonradan əhali sayı artdığına görə, borular yükləməyə tab gətirməyib. Hazırda 100-ə yaxın ailənin yaşadığı küçə xoşagəlməz haldadır.
Sakinlərin sözlərinə görə, ərazi “Azərsu ASC”nin Bağlar su-kanal idarəsinin balansındadır.
Problemlə bağlı dəfələrlə aiddiyyəti orqana müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin Bağlar su-kanal idarəsindən bildirilib ki, sakinlərin haqlı şikayəti çox qısa vaxt ərzində həll ediləcək.
Kustar üsulla çəkilən kanalizasiya xətləri əhali sayı nəzərə alınmaqla yeniləri ilə əvəzlənəcək.