Yarım milyon manatlıq mənimsəmədə ittiham olunan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrayıl Fərzəliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası martın 29-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Fərzəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: C.Fərzəliyev 527 min manatlıq mənimsəmədə ittiham edilirdi. O, həmin pulun 342 min manatını bankdan kreditlə götürüb. Həmin vəsait geri ödənilməyib.

Cinayət işi üzrə zərərçəkmiş qismində “Paşa Bank” və Gənclər Fondu tanınıb.

C.Fərzəliyev politoloq kimi də fəaliyyət göstərib. O, 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.

Paylaş