Şirvanda 9 aylıq uşaq nəfəs çatışmazlığından ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 2023-cü il təvəllüdlü (25.06.2023) Rzayeva Səma Hacıbala qızı nəfəs çatışmazlığı səbəbindən xəstəxanaya gətirilərkən yolda ölüb. Bundan əvvəl uşağın qızılca xəstəliyi keçirdiyi deyilir.
Uşağın meyiti hazırda müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.
Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.