Hindistanda zəvvarları daşıyan avtobus Şiv Hori şəhərinə ziyarətə gedərkən dərəyə aşıb.

 

Hadisə nəticəsində 22 zəvvar ölüb, 60-a yaxın şəxs yaralanıb.

 

Zərərçəkənlər yerli xəstəxanalara çatdırılıb.

 

Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib, maddi yardım vəd edərək, yaralıların tezliklə sağalmasını arzulayıb.

Paylaş