Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Azərbaycanda orta aylıq əməkhaqqının Gürcüstandan, hətta Ermənistan da aşağı olması barədə müzakirələrə münsibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, əməkhaqqı və pensiyaların aşağı olmasına heç vaxt haqq qazandırmayıb.

“Zaman-zaman məbləğin artırılması məsələsini qaldırmışam. Eyni zamanda deməliyəm ki, biz uzun illər hərbi sahədə hazırlaşdıq. Bu gün isə Qarabağa 6 milyard manatdan çox vəsait qoyulub. Bir o qədər də yenə müdafiə xərclərinə sərf edirik. Təsəvvür edin, bu məbləğ xalq üçün əməkhaqqına, pensiyaya, müavinətə sərf olunsaydı, Azərbaycan dünyanın ən qabaqcıl ölkələrindən biri idi. Yəni zərurətdən doğan məsələlər bizdə hədsiz dərəcədə çox vəsait apardı. Komitə sədri Zahid Oruc bu məsələləri qaldırdı. Hesab edirəm, hökumətimiz bu istiqamətdə hərəkət etməlidir ki, mütləq əməkhaqqı və pensiyalar da qaldırılsın”, – deputat bildirib.

Paylaş