Sabunçu rayon prokurorluğunda Balaxanı qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

 

Bu barədə Sabunçu rayon prokurorluğundan bildirilib.

 

İyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

Rəhim Əsədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Paylaş