Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Rəşad Əliyev külli miqdarda vəsit mənimsəməklə vətəndaşa qarşı dələduzluq edən şəxsin həbs müddəti başa çatdıqdan sonra borcunu zərərçəkənə geri qaytarmaq öhdəliyini itirib-itirmədiyi barədə suallara aydınlıq gətirib. 

 

Vəkil Korrupsiya.az-a açıqlamasında məsələnin qanuni tərəflərini izah edərək deyib ki, şəxsin dələduzluq etməsi istintaq orqanının apardığı araşdırma ilə təsdiqini tapırsa, bu halda həm istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs mülki iddia təqdim edə bilər.

Rəşad Əliyev Yeni yaşınız mübarək! » XeberTime.Az

“Məhkəmə şəxsin cinayət əməlinə hüquqi qiymət verir, yəni onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza tətbiq edir, həm də mülki iddia əsaslıdırsa, iddiaya baxaraq məbləğin zərərçəkmişə geri qaytarılması ilə bağlı qərar çıxarır. Dələduzluq edən şəxs həbs olunsa belə, onun zərərçəkmişin borcunu ödəmək öhdəliyi aradan qalxmır. Həbsdən çıxdıqdan sonra da borcu ödəməlidir. O, məhkəmə qərarını yerinə yetirməsə, buna görə də ayrıca məsuliyyət daşıyacaq”, – R.Əliyev bildirib.

 

Onun sözlərinə görə, zərərçəkmiş şəxslə dələduzluq edən şəxs barışdıqda, zərərverən dəymiş ziyanı zərərçəkmişə ödədikdə məsuliyyətdən azad oluna bilir: “İstintaq və ya məhkəmə dövründə dəymiş ziyanı ödəyirsə, eyni zamanda məbləğ xeyli miqdardırsa, 25%-i, külli miqdardırsa, 50%-i qədər dövlət nəfinə pul ödəyir. Dələduz bu halda məsuliyyətdən azad edilə bilir. Əks halda, onun cəzası təyin olunur, cəzasını çəkməlidir. Cəzaçəkmə müəssisəsində olduğu müddətdə də vaxtından əvvəl şərti azadlığa çıxmaq istəsə, yaxud cəzanın çəkilməmiş hissəsindən azad olunma ilə bağlı müvafiq ərizə verərsə, onun zərərçəkmiş şəxsə vurduğu zərəri ödəyib-ödəmədiyi nəzərə alınır. Zərər ödənilibsə, barəsində həmin tədbirlər tətbiq oluna bilər. Əks halda, dələduzluq edən şəxs barəsində şərti azadlıqdan məhrumetmə, yaxud cəzanın çəkilməmiş hissəsindən azad olunma kimi tədbirlər tətbiq olunmur”.

Paylaş