Prezident İlham Əliyev Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsuxa təbrik məktubu göndərib.
Korrupsiya.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Monqolustanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Monqolustan arasında münasibətlərin inkişafı, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.