Bakı Apellyasiya Məhkəməsində əzab vermədə və qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib, onun cəzası 12 ildən 11 ilə endirilib. İttihama görə, Namiq Məmmədov 1948-ci il təvəllüdlü atası zərərçəkmiş Fərmail Məmmədovu, anasını və övladlarını birgə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi, nömrəsiz ünvanda yaşayıb. O, mütəmadi olaraq spirtli içki qəbul edib, həmin şəxsləri 2017-ci ildən 2023-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda mübahisə zamanı döyərək onlara əzab verib. Namiq 16 avqust 2023-cü il tarixdə, saat 23 radələrində evdə olarkən növbəti dəfə spirtli içki qəbul edib. Atası Fərmail ona sərxoş vəziyyətdə övladlarını və ailəsini döyməsi ilə bağlı iradlar bildirib. Sonra o, aralarında yaranmış münaqişə zamanı yaşadıqları evin pilləkənlərin üzərində dayanan atasına əvvəlcə şillə vurub, daha sonra sinə nahiyəsinə qəsdən təpiklə zərbə endirib. Ağır xəsarət alan yaralı müalicə aldığı xəstəxanada ölüb. Hadisədən sonra Namiq Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.