Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda qətl törətməkdə təqsirləndirilən Sərvin Məmmədovun barəsindəki hökmdən hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərvin Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Sərvin Məmmədov 17 yaşlı Aysun İbrahimova ilə qonşu olsa da, aralarındakı tanışlıq avtobusda gedərkən yaranıb. Yolda Sərvin Aysunla yanbayan oturub, söhbət zamanı onun “instaqram” hesabını alıb.

 

Aysunun bir il sonra ölümünə səbəb olacaq hadisənin qığılcımı şantajlarla başlayıb. Belə ki, Sərvin onda olan görüntülərini atasına göndərəcəyi ilə hədələyərək Aysunla münasibəti davam etdirməyə çalışıb.

 

Cinayət baş verən gün Sərvin gecəyarısı qızın evdə tək olduğunu bildiyi üçün onlara gəlib, Aysun razılıq verməsə belə, məcbur evə daxil olub.

 

Bu vaxt onlar arasında mübahisə başlayıb, Aysun oğlandan özünə məxsus şəkil-videoları telefonundan silməsini tələb edib. Mübahisə zamanı əsəblərini cilovlaya bilməyən, Sərvin əvvəlcə Aysunu döyüb, daha sonra bıçaqla qətlə yetirib.

 

S.Məmmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 157.2-ci (qanuni əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma) və 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham verilib.

Paylaş