Bakının Xətai rayonu, Qədir Məmmədov küçəsində yerləşən işıq dirəkləri təhlükə saçır.

 

Belə ki, işıqlandırılma üçün nəzərdə tutulan, təxminən beş işıq dirəyinin naqillərinin birləşdiyi hissənin qapağı yoxdur.

 

Bu səbəbdən naqillərin üzəri açıqdır.

 

Sakinlər bildiriblər ki, sözügedən işıq dirəklərinin yerləşdiyi piyada səkisindən hər gün yüzlərlə şagird yaxınlıqdakı məktəbə getmək üçün istifadə edir.

 

Məsələ ilə bağlı Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsindən qeyd edilib ki, sözügedən ərazidə yerləşən işıq dirəklərinin qapaqları dəfələrlə oğurlanıb.

 

Ətraflı “ATV Xəbər”in süjetində:

 

Paylaş